Azərbaycan boksçularından 1 qələbə, 2 məğlubiyyət
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində boks yarışlarına start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin heyətində öncə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb.
O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə rəqibini məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.
“Uriçye Arena”da təşkil olunan yarışda bu gün daha iki boksçumuz rinqə çıxıb. Amma onlar startdaca məğlub olublar.
Rahil Məmmədli (91 kq) bolqarıstanlı Radoslav Panteleyevlə dueldən məğlub ayrılıb – 0:5. 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də Bolqarıstanın digər təmsilçisi Petar Belberovla görüşdə uğursuzluqla üzləşib – 1:4.
Bizi Facebook-da izləyin