Azərbaycan boksçuları yunanıstanlı və rusiyalı rəqiblərini məğlub ediblər

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Komanda.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb və hər ikisi qələbə qazanıb.

Zidan Hümbətov (51 kq) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb. O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Hümbətov 1/8 finalda Mateuş Şoçarjla döyüşəcək.

Əli Abdullayev (63,5 kq) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşündə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.

Mundiala noyabrın 3-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button