Azərbaycan birinciliyi: İlk günün qalibləri bəlli oldu

20 və 23 yaşlı gənc oğlan və qızlar arasında təşkil olunmuş ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Komanda.az xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirin ilk günündə oğlanlar arasında üç çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Yaşı 20-yə qədər və çəkisi 55 kq-a qədər oğlanlar arasında qalib adını Amin Osmanov qazanıb. O, toplam 205 kq (92+113) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq 196 kq (87+108) nəticə ilə Dəniz Cabbarlı və 170 kq (78+92) nəticə ilə Orxan İmanov qazanıblar.

Yaşı 23-ə qədər olan idmançılar arasında bu çəkidə qızıl medalı toplam 135 kq (60+75) nəticə ilə Oruc Məhərrəmov qazanıb.

Çəkisi 61 kq-a qədər oğlanlar arasında qızıl medala Əmrah Osmanov sahib çıxıb. O, toplam 195 kq (86+109) nəticə ilə bütün rəqiblərini üstələyib. Gümüş medala toplam 192 kq (83+109) nəticə ilə Kənan Rəhimov, bürünc medala isə 180 kq (85+95) nəticə ilə Akif Abdullayev layiq görülüblər.

Son olaraq körpücük üzərinə çəkisi 67 kq-a qədər oğlanlar çıxıb. Onlardan toplam 242 kq (106+136) nəticə göstərən Rüstəm Qasımov qızıl medala sahib çıxıb. Sonrakı pillələri 240 kq (105+135) nəticə ilə Qasım İsmayılov və 226 kq (104+122) nəticə ilə Turan Əliyev tutublar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button