
Azərbaycan Basketbol Federasiyası yeni loqosunu təqdim etdi – FOTO
Azərbaycan Basketbol Federasiyasının yeni loqosu təqdim olunub.
Komanda.az xəbər verir ki, loqoda basketbol topu, basketbol meydançası, bayraq lentləri və buta simvolu yer alıb. Loqodan veb-saytlarda, milli komanda formalarında istifadə olunacaq.
Milli komandanın formaları da təqdim edilib. Formalarda Azərbaycanın adı, oyunçuların soyadı və forma nömrəsi əksini tapıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin