Azərbaycan badmintonçusu Avropa Oyunlarına qələbə ilə başladı
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, idmançı fərdi mübarizədə A qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Avropa Oyunları iyulun 2-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin