Azərbaycan badmintonçularından Uqandada 6 medal

Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Junior Future” seriyalı beynəlxalq turnirdə 6 medal qazanıblar.

Komanda.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşadək badmintonçular arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medala yiyələnib.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva gümüş medalla kifayətlənib. Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.

Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov – Həcər Nuriyeva və Ülvi Hüseynov – Leyla Camalzadə tandemləri “Uganda Junior International 2025” turnirində bürünc medal qazanıblar.

Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə – Həcər Nuriyeva cütlüyü gümüş medala yiyələnib.

Daha bir badmintonçumuz – Diki Pangestu isə “Uganda International Challenge 2025” turnirində gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button