Azərbaycan avarçəkənlərindən Qazaxıstanda 8 medal

Azərbaycan avarçəkənləri yunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnirdə 8 medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Komanda.az-a verilən məlumata görə,yarışda avarçəkənlərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb. Bundan başqa, Cavid 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də 2-ci nəticə göstərib. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni 3-cü pillədə bitirib.

Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni 1-ci yerdə tamamalayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə 3-cü nəticə göstəriblər.

Yarışa 5 ölkədən 10-a yaxın komanda mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button