Azərbaycan atletləri Türkiyədə təlim-məşq toplanışındadır

Ağırlıqqaldırma üzrə kişilər və qadınlardan ibarət yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışına start verib.

Komanda.az xəbər verir ki, məqsəd fevral ayının 12-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı, həmçinin digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir.

Toplanış Türkiyənin müvafiq yığma komandaları ilə birlikdə təşkil olunur.

Kişilərdən ibarət yığmamız Maxtı Makkayevin rəhbərliyi altında Çorum şəhərində, qadınlar yığmamız isə Sərdar Həsənovun rəhbərliyi altında Ankara şəhərində hazırlaşırlar. Komandalarımız bütün lazımi şəraitlə təmin olunublar, məşq prosesi plana uyğun aparılır.

Toplanış yanvar ayının 25-nə qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button