Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 “gümüş” qazanıb

Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa birinciliyində 2 gümüş medal qazanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Son yarış günündə mübarizəyə qoşulan idmançı birdənqaldırma hərəkətində 122 kq nəticə göstərib. Daha sonra təkanlaqaldırma hərəkətində 147 kq çəkininin öhdəsindən gəlib. Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.

Bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov toplamda 218 kq (102+116) nəticə ilə Avropa birinciliyini 6-cı pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button