Azərbaycan 7-cidir – Kazanda keçirilən idman oyunlarında

Azərbaycan Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında medal sıralamasında 7-ci pillədə qərarlaşıb.

Komanda.az xəbər verir ki, komanda üzvləri 17 medal əldə ediblər.

Bunlardan 4-ü qızıl, 5-i gümüş, 8-i bürünc əyarlıdır.

Meydan sahibi Rusiya 362 medalla (178 qızıl, 110 gümüş, 74 bürünc) liderdir. Belarus 168 (38 qızıl, 57 gümüş, 73 bürünc) mükafatla ikinci, Çin 47 medalla (17 qızıl, 18 gümüş, 12 bürünc) üçüncüdür.

Yarış iyunun 23-də başa çatacaq. Turnirdə 33 ölkə iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button