1-ci divizionda iştirak üçün 11 meyar
Region Liqası komandalarının 1-ci divizionda çıxış edə bilməsi üçün meyarlar müəyyənləşdirilib.
Komanda.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.
Meyarlar bunlardır:
- Klubun Nizamnaməsi;
- Dövlət Reyestrindən çıxarış;
- Klubun strukturu;
- Standartlara cavab verən meydança və stadion (icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);
- VÖEN;
- Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;
- Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;
- Ən azı 2 dəst oyun formasının maketi;
- Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;
- Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;
- Region Liqasında ardıcıl 3 mövsüm iştirak.
AFFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə 1ci divizionda iştirakı təmin olunacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin