Azər 90 dəqiqə oynadı, Kamran ehtiyatda qaldı
Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu turda azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” doğma meydanda digər azərbaycanlı futbolçu Azər Əliyevin komandasını – “Tambov”u qəbul edib.
Qarşılaşmanın taleyini bir qol həll edib. “Ximki” “Tambov”a 1:0 hesabıyla qalib gəlib.
Kamran bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Azər isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ximki” bu qələbədən sonra 38 xalla 8-ci pillədə qərarlaşıb. “Tambov” isə 25 oyunda cəmi 13 xal toplayıb və 16 iştirakçı arasında sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin