
Azər Əliyevli “Ufa” doğma meydanda uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda “Rostov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ufa” 4 oyuna topladığı 4 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin