
Azər Əliyev 90 dəqiqə oynadı, “Ufa” darmadağına sevindi
Futbol üzrə Rusiya kubokunda 3-cü mərhələnin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Çertanovo” ilə qarşılaşıb. Əliyevin komandası bu oyunda 4:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.
Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin