Ayyyə, harya gedirsən?!

Kürşad

Bu nə oyun, bu nə sürət?
Bu nə forma, bu nə surət?
Nə əzm var, nə də cürət,
Uduzmaq olub mərifət.
Ayyyə…
Ay milli, harya gedirsən?!

Bir ada var, adı Komor,
Reytinqdə bizdə öndədir.
Bizdə isə bir milli var,
Oynayanda olur yumor.
Ayyyə…
Ay milli, harya gedirsən?!

Baş məşqçinin adı Canni,
Sən öl, bax, Elxanın canı,
Gəlmişik, lap ucundayıq,
Reytinqdə Sudanın qucundayıq.
Ayyyə…
Ay milli, harya gedirsən?!

Əliyə kəsərik qurban,
Dmitriyə dəyməsin nəzər,
Hələ Filip, hələ Riçard, hələ Höccət…
Əşşi, bizdə futbolçu nə gəzər?
Ayyyə…
Ay milli, harya gedirsən?!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button