Ayxan Abbasovun yubiley oyunu

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 9-cu turuna təsadüf edib.

Komanda səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidr. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

“Turan Tovuz” bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button