
Ayxan Abbasovun mətbuat konfransı olacaq
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İslandiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, öncə mətbuat önünə İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson çıxacaq.
Ayxan Abbasovun məbuat konfransı isə saat 19:30-da başlayacaq.
12 noyabr
İslandiya milli komandası
16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
17:15. Mətbuat konfransı
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



