“Ayxan Abbasovun komandaları ilə oyunlar həmişə çətin olur” – Elmar Baxşıyev
“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”nın qonağı olub.
Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qələbə qazanan bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Baxşıyev əzmar qələbə qazandıqlarını bildirib:
“Jurnalistlərin çox olması xoş haldır. Sevindiricidir ki, oyunlarda bu qədər çox jurnalist görürük.
Oyuna gəlincə, bilirdik çətin olacaq. “Şamaxı” ilk dövrədə də bizə çətinlik yaratmışdı. Yaxşı mübarizə aparıb əzmkar qələbə qandıq.
Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi boşluqlar var. Çalışırıq ki, aradan qaldıraq.
Sezar Meza Kollinin iyun ayında komandaya qoşulmasını istəyirdik. Bir az gec oldu, əsas odur ki, bizimlədir.
Ayxan Abbasovun komandaları ilə oyunlar həmişə çətin olur. Sırf onun oyunçularını təhlil edib hazırlaşmamışdıq. Öz oyunumuzu oynadıq”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin