Ayxan Abbasovun Fransadakı mətbuat konfransının vaxtı açıqlandı

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya qarşı keçirəcəyi oyundan əvvəl açıq məşqinin vaxtı məlum olub.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq hazırlıq prosesi oktyabrın 9-da, saat 22:00-da başlayacaq.

Bundan yarım saat əvvəl baş məşqçi Ayxan Abbasov mətbuat konfransına qatılacaq.

Eyni gündə, saat 14:15-də Fransa yığmasının baş məşqçisi Didye Deşamın mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi planlaşdırılıb.

Fransa – Azərbaycan qarşılaşması oktyabrın 10-da, saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button