Ayxan Abbasov: “Qarşımıza qoyulan məqsəd var, ona çatmalıyıq”

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi”ni qəbul edib.

Komanda.az xəbər verir ki, 0:2 hesabə ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov zədəlilərin çoxaldığını bildirib:

“Evdə oynayırdıq, qalib gəlmək istəyirdik. Həm azarkeşlərimizi sevindirmək, həm də xal ehtiyatımızı artırmaq istəyirdik. İlk hissəyə yaxşı başlamışdıq. Zədəlilərimiz çoxalıb. Ən çətin andan keçmişik. Demək olar ki, hər şey üst-üstə düşüb. Bir neçə oyunçumuz var ki, zədəlidir, meydana buraxa bilmirik. Amma bu gün sevindirici bir hal oldu ki, yeni futbolçumuz Elmar Məmmədov debüt etdi.

Bu gün qarşımıza qoyulan məqsəd var, ona çatmalıyıq. Heyətimiz kasaddır və bu bizə bir siqnaldır. Gələcəkdə heyətimizi daha da genişləndirəcəyik.

Əlbəttə, çempionatın son turları gərgin keçəcək. Üç xallıq sistemdə 8 xal elə də böyük fərq deyil. Qarşıdakı matçların çətin olacağını bilirik”.

“Şamaxı” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button