
Ayxan Abbasov millinin heyətində dəyişiklik etdi
Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar.
Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) əsas yığmaya cəlb olunublar.
Sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakıda keçiriləcək.
Bu gün Fernandu Santus Azərbaycan millisinin baş məşqçi postundan uzaqlaşdırılıb. Millini Ukrayna ilə matça U-21-in və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



