Ayxan Abbasov: “Millidə böyük nəticə haqda fikirləşmək tezdir”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində İslandiya millisinə qarşı Bakıda keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Xal qazanmaq istəyirdik, buna inanırdıq, lakin təəssüf ki, məğlub olduq. Bilirdik ki, rəqib ümidli idi və komanda olaraq daha yaxşı təsir bağışlayırdı. İkinci hissədə daha yaxşı oynadıq. İtkilər var idi, buna baxmayaraq, yaxşı çıxış etdik.

Biz rəqibin pressinqinə hazırlaşmışdıq. Bilirdik ki, iki hücumçuyla bizə pressinq edəcəklər. Bu gün Emin Mahmudova təşəkkür etmək istəyirəm ki, bir məşqlə oyunda bizə çox kömək etdi. Rüfət Abbasovla Xəyal Əliyev də komanda üçün qazancdır.

İlk 15 dəqiqə yaxşı başlamadıq, ancaq daha sonra yaxşı çıxış etdik. İkinci hissədə də rəqibdə müdafiə fikri daha üstün oldu, bunu yarmaq istədik.

Bu iki oyuna hazırlaşanda beynimizdə fikirlər var idi. Lakin Rüstəmin sarı vərəqəsi planları pozdu. Bir gerçək var ki, qrupdakı bütün rəqiblər güclüdür, amma rəqibdən çəkinmədən oynayacağıq. Milli komandada böyük nəticə haqda fikirləşmək tezdir”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button