
Ayxan Abbasov: “Gəlin etiraf edək ki, çox çətin qrupdayıq”
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu ay iki oyun keçirəcək. Komanda oktyabrın 10-da Parisdə Fransa, 13-də isə Polşada Ukrayna yığması ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, bu gün Fransa millisi ilə oyun üçün yola düşən yığma komandanın baş məşqçisi Ayxan Abbasov hava limanında qarşıdakı matçlarla bağlı fikirlərini bölüşüb:
“Üç gün idi ki, Bakıda bir yerdə idik. Futbolçuların yanaşması məni sevindirdi. Əlbəttə, qısa zamanda nələrisə dəyişmək çətindir. Fransa millisi güclü komandadır. Onlara qarşı komanda olaraq hazırlaşmışıq. Amma rəqibin bəzi futbolçuları var ki, onlara diqqət etməliyik.
Harda olduğumuzi dərk edirik. Bizim üçün böyük qürurdur. Milli komandanı çalışdırmaq həqiqətən qürurvericidir.
Oyunlara fərqli yanaşacağıq. Gəlin etiraf edək ki, çox çətin qrupdayıq. Amma yenə də, çalışacağıq ki, xal ehtiyatımızı artıraq”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



