Ayxan Abbasov: “Futbolda hər şey mümkündür”

Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa yığması ilə qarşılaşacaq.

Komanda.az-ın Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, oyundan bir gün əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov oyuna ciddi hazırlaşdıqlarını bildirib:

“Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir. Bilirik ki, bu komandada ulduzlar oynayır. Amma biz də bu oyuna ciddi hazırlaşmışıq. Rəqibin azarkeş dəstəyi də var. Buna baxmayaraq, sabah ciddi mübarizə aparacağıq. Yaxşı hazırlaşmışıq.

İlk gündən futbolçuların məşqə yanaşması yaxşı idi. Əlbəttə, belə oyunlarda oyunçuların üzərində gərginlik olur. Amma bu gün oyundan öncə bu gərginliyi atmaq üçün gəzinti də oldu. İnanıram ki, sabah yaxşı mübarizə aparacağıq.

Bilirik ki, futbolçular statistikalarını artırmaq üçün qollar vurmaq istəyir. Rəqibi təhlil etmişik. Kilian Mbappenin dedikləri təbii ki, futboıçular üzərində müəyyən təzyiq yarada bilər. Amma biz də soyuqqanlı yanaşmalıyıq. Belə futbolçularla qarşılaşmaq özü belə, motivasiyadır. İnanıram ki, şans bizim tərəfdə olacaq. Amma reallıq da var. Futbolda hər şey mümkündür. İstəyim odur ki, rəqibdən çəkinmədən, sonadək mübarizə aparsınlar.

Gözəl hissdir. Əlimizdən gələni etdik ki, futbolçuları bu oyuna hazırlayaq. Belə böyük komandalarla qarşılaşmaq həqiqətən gözəl hissdir, mənim üçün də bir ilkdir. İnanıram ki, yaxşı mübarizə aparacağıq. Tək mən yox, məşqçilərlə birlikdə əlimizdən gələni etdik ki, bu oyunu istədiyimiz kimi başa vuraq.

Heyəti müəyyənləşdirmişəm. Bilirsiz ki, qarşıdan çətin Ukrayna oyunu gəlir. Onu da nəzərə almışıq”.

Qarşılaşma sabah saat 22:45-də “Park de Prens”də keçiriləcək. Azərbaycan millisi oktyabrın 13-də Polşada Ukrayna yığması ilə üzə-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button