Ayxan Abbasov: “Fərid Hacıyevdən həmişə narazı olmuşam”

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunun açılış matçında “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Abbasov 1:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Xal qazanmaq istəyirdik. “Sabah”la oyunlarımız həmişə mübarizə şəraitində keçirdi. Onlara bu mövsüm məğlub olmamışdıq. Bu gün bacardılar.

Futbolçulara, həmçinin, azarkeşlərə təşəkkür edirəm. Bu gün bizi tək qoymamışdılar. Sağ olsunlar.

Ümumən, oyunun baş hakimi Fəriddən (Hacıyev) həmişə narazı olmuşam. Top çıxıb, foul verir. Və hücumun gedişi də qolla nəticələnir. Uşaqların əziyyətini yerə vurur. İdarəçiliyi çox zəifdir. Bilmirəm, təsadüfən bizim oyunlarda belə olur, ya yox…”

“Şamaxı” növbəti turda evdə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button