Ayxan Abbasov Əmrə Belözoğlu ilə görüşdü

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli “Antalyaspor” klubunun düşərgəsində olub.

AFFA-dan Komanda.az-a verilən məlumata görə, Abbasov Türkiyə Super Liqasında çıxış edən komandanın baş məşqçisi Əmrə Belözoğlu ilə görüşüb.

Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar. Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button