Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 5-ci turunda “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abbasov 1:0 hesabıyla bitən görüşü belə belə şərh edib:

  • Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm, bizi tək buraxmadılar. Onlara ehtiyacımız var idi. Bu gün bəlkə də tam başqa yerdə olmalıydıq. Haqsızlıqlar olurdu. Komandam qorxmurdu, onlarda istəyi görürdüm. Hava şəraitinə baxmayaraq, komanda istəkli idi. Biz elə komandayıq ki, bizə çətin olacaq çempionat. Şərt qoyulub ki, çalışıb gənclərə şans vermək lazımdı. Digər komandalar kimi bizim çox oyunçu arasında seçim etmək imkanımız yoxdu. İstəyirəm ki, sona qədər mübarizə aparan komanda yaradaq. Məğlubiyyət də, heç-heçə də ola bilərdi.
  • Rəqibə qarşı oynamaq çətin idi, yoxsa küləyə?
  • Sumqayıtda oynamağa öyrəşmişik. Bundan əvvəlki oyunlarda – “Səbail”, “Neftçi” oyunlarında ilk hissədə qol vursaq da, sonda uduzmuşduq. Ancaq bu gün ikinci hissə daha yaxşı oynadıq. Öndə qarşılayırdıq rəqibi. 10 nəfərlə oynamaq da asan deyil. Ancaq bu gün yaxşı mübarizə apardıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button