
Ayxan Abbasov: “Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yeni baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, mütəxəssis çətin işdə ona etibar edən şəxslərə öz təşəkkürünü bildirib:
“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və əsas millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.
U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti iki illik nəzərdə tutulub.
Bizi Facebook-da izləyin



