Azərbaycanın 4 idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın para-taekvondo yığması Bolqarıstanın Sofiya şəhərində keçirilən Yay Paralimpiya Oyunlarına lisenziya xarakteli Avropa təsnifat turnirində uğurlu nəticə əldə edib.

Komanda.az xəbər verir ki, dörd idmançı ilə yarışa qatılan komandamızmın hər bir üzvü lisenziya sahibi olub.

Kişilərin mübarizəsində yarımfinal mərhələsindən başlanan döyüşlərdə Əbülfəz Abuzərli (K-44 75 kq) yunanıstanlı Va Panagiotopoulosu 58:1, finalda isə britaniyalı Josep Laneyə 53:43 hesabı ilə qalib gəlib.

İmaməddin Xəlilov (K-44 61 kq) da yarımfinaldan başlayan döyüşündə finlandiyalı idmançı Matti Sairaneni (19:3), ardında da isralli Asaf Yasuru 29:17 hesabı ilə məğlub edib.

Qadınlardan Fətəliyeva Röyalə (K-44 49 kq) gürcü idmançı Lia Çaçibalaya 31:4, Aynur Məmmədova (K-44 58 kq yuxarı) isə ispaniyalı Daila Santiaqoya qızıl xalla qalib gələrək yarışın qalibi olub.

Beləliklə, para-taekvondo millimizin dörd üzvü Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button