Bundesliqa klubunda 4 illik müqavilə
“Ayntraxt” icarə əsasında komandada çıxış edən Filip Kostiçin transfer hüquqlarını satın alıb.
Komanda.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Serbiyalı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.
“Ayntraxt”ın mövsümün əvvəlində “Hamburq”dan icarəyə götürdüyü Kostiç, Bundesliqada 33 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin