“Monako” PSJ-nin hücumçusunu istəyir
“Monako”nun baş məşqçisi Adi Hütter komandanın amerikalı forvardı Folarin Baloqunun zədəsi səbəbindən hücumu gücləndirmək üçün yanvarda daha bir oyunçu ilə müqavilə imzalanmasını istəyir.
Transferə namizədlərdən biri PSJ-nin fransalı forvardı Randal Kolo-Muanidir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, avstriyalı çalışdırıcı vəzifələrinin transfer bazarına nəzarət etmək olduğunu bildirib:
“Ayıq olmalıyıq. Bizim vəzifəmiz transfer bazarına nəzarət etməkdir. Muani ilə müqavilə imzalamaq yaxşı olardı (gülür). Amma düzünü desəm, hazırda yeni transferin kim olacağını dəqiq bilmirik. Bir neçə namizədimiz var. Biz qol vuran birini tapmalıyıq”.
Baloqun çiynindən zədələnib. O, bu mövsüm 10 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin