Ayda bir dəfə oynamaq asan deyil – “Real”ın futbolçusu
İspaniya kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Jirona”ya 3:1 hesabıyla qalib gələn “Real”ın qapıçısı Keylor Navas, açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qapıçı, qalib gəldikləri qarşılaşma və öz oyunu haqqında danışıb:
“Xoşbəxtik, çünki yarımfinala vəsiqə qazana bildik. İndi isə sakitik. Çünki bu turnirdə qarşılaşacağımız rəqibləri məğlub etməyə məcburuq.
Hər dəfə mənə oynamaq şansı veriləndə, bundan ən yaxşı şəkildə istifadə etməyə çalışıram. Vəziyyətim çox dəyişdi, çünki ayda bir dəfə oynamaq asan deyil. Belə vəziyyətdə ailəm və uşaqlarım üçün güclü olmalıyam. Onlar atalarını meydanda görəndə xoşbəxt olurlar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin