Ayazla Azər oynamadı, klubları…
Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, hesabat turu iki azərbaycanlı futbolçu – Ayaz Quliyev (“Spartak”) və Azər Əliyevin (“Ufa”) komandalarının dueli ilə əlamətdar olub.
Moskva təmsilçisi doğma meydanda baş tutan bu oyunda minimal hesabla qələbə qazanıb – 1:0.
Ayazla Azər bu görüşün iştirakçısı olmayıb. Quliyevin adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib. Əliyev isə komandasının uduzduğu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Spartak” 28 turdan 46 xalla 4-cü, “Ufa” isə 26 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin