Ayaz Quliyev Azərbaycanın 2 klubundan təklif alıb
Rusiyanın “Ximki” klubunda forma geyinən Ayaz Quliyev Azərbaycanın iki klubundan təklif alıb.
Komanda.az xəbər verir ki, bu barədə “legalbet.ru” saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Premyer Liqa təmsilçiləri “Neftçi” və “Sabah” 27 yaşlı yarımmüdafiəçi uğrunda mübarizə aparır. Xüsusən də, “Neftçi”nin keçidə daha yaxın olduğu vurğulanıb.
Ayaz Quliyevin “Ximki” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin