Ayaz Quliyevsiz “Spartak” liderlə “sülh bağladı”
Futbol üzrə Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda lider “Zenit”lə üz-üzə gəlib. Ayazın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Quliyev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Hazırda “Spartak” 33 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin