“Spartak” yenə uduzdu, Ayaz Quliyev…
Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Orenburq”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ayaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
“Spartak” 11 turdan sonra 14 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin