Ayaz Quliyevli “Spartak” derbidən məğlub ayrıldı
Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda paytaxtın digər təmsilçisi ÇSKA ilə üz-üzə gəlib. Ayazın komandası derbidən məğlubiyyətlə ayrılıb – 0:2.
Quliyev də bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb. Ayaz 64-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda “Spartak” 36 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin