
Ayaz Quliyevli “Spartak” “Arsenal”a uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ayaz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
“Spartak” 15 turdan sonra 18 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin