Ayaz Quliyevli “Arsenal” “Spartak”dan xal aldı
Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Spartak”ı ilə qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Quliyev də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Ayaz 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Arsenal” geridə qalan 5 turda cəmi 4 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin