Ayaz Quliyev üçün 89 dəqiqə, 3 xal və sarı vərəqə
Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Ural”la üz-üzə gəlib. Ayazın komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Ayaz 64-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda “Spartak” 43 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin