
Ayaz Quliyev rəmzi heyətdə
Rusiyanın “Spartak” klubunun futbolçusu Ayaz Quliyev Premyer Liqada fərqlənib.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu, Rusiya Premyer Liqasının 6-cı turunun rəmzi komandasında yer alıb. O, buna ÇSKA ilə keçirilən paytaxt derbisindəki oyunu (2:1) ilə nail olub.
Hazırda Rusiya çempionatında turnir cədvəlinə 14 xalla “Zenit” başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin