Ayaz Quliyev qol vurdu, “Spartak”…
Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Krasnoyarsk “Yenisey”i ilə üz-üzə gəlib. Ayazın komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Ayaz 21-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. 83-cü dəqiqədə isə o, komandasının ikinci qoluna imza atıb.
Hazırda “Spartak” 39 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin