Ayaz Quliyev, derbi, 90 dəqiqə

Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Ayazın komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Ayaz 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Hazırda “Spartak” 32 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button