Ayaz Quliyev oynadı, “Spartak” evdə xal itirdi
Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Rubin”lə üz-üzə gəlib. Ayazın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda “Spartak” 40 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin