Ayaz Quliyev 90 dəqiqə oynadı, “Spartak”…
Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Axmat”la üz-üzə gəlib. Ayazın komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:1.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Ayaz 90-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda “Spartak” 36 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin