Azərbaycanlı futbolçu “Spartak”dan ayrılır?
Rusiyanın “Spartak” klubunda çıxış edən Ayaz Quliyev komandasını tərk edə bilər.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva klubu qış fasiləsində iki futbolçusu – Ayaz Quliyev və gürcüstanlı Cano Ananidze ilə yollarını ayırmağı düşünür.
Yanvardan etibarən “Spartak”ın şərəfini qoruyan 23 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
Bir neçə gün əvvəl Rusiyanın digər klubu “Dinamo”da çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də komandasını tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin