Ayaz Quliyev “Spartak”a qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 24 turda 21 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin