“Ayaks”ın sabiq üzvləri mükafatlandırıldı
Hollandiyada 2018/19 mövsümünün müxtəlif nominasiyaları üzrə ən yaxşı oyunçuları mükafatlandırılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu Matteys de Liqtə və ən sərrastı Duşan Tadiçə mükafatları təqdim olunub.
Bu yay “Barselona”ya keçən Frenki de Yonq isə ən yaxşı gənc oyunçuya verilən Yohan Kroyff mükafatına layiq görülüb.
Matteys de Liqt “Yuventus”a, Frenki de Yonq isə “Barselona”ya transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin