UEFA “Ayaks”ın qapıçısını 1 illik cəzalandırdı
“Ayaks”ın qapıçısı Andre Onana cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qapıçı antidopinq qaydalarını pozduğu üçün UEFA tərəfindən bir illik diskvalifikasiya olunub. Bu cəza həm klub, həm də milli yarışlara şamil olunub.
“Barselona”nın yetirməsi olan Onana 2016-cı ildən “Ayaks”da idi. Qapıçı Kamerun millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin