“Ayaks”ın qapıçısı 40 yaşında “tamam” dedi

Niderland yığmasının sabiq üzvü, “Ayaks”ın qapıçısı Marten Stekelenburq bu mövsümün sonunda peşəkar karyerasını başa vuracaq.

Komanda.az xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin klubu məlumat yayıb.

Niderland çempionatının 33-cü turunun “Utrext”lə ev oyunu təcrübəli futbolçunun karyerasındakı sonuncu matç olacaq.

“Ayaks”ın yetirməsi olan Marten Stekelenburq İtaliyanın “Roma”, İngiltərənin “Fulhem”, “Sauthempton” və “Everton”, Fransanın “Monako” klubunun da uğurları üçün çalışıb. O, Niderland yığmasında da 63 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button